ŞOK! “Eurovision-2009”da sui-qəsd cəhdi!
Yarımfinalda iştirak edən müğənnilərdən biri ölüm təhlükəsi qarşısında qalıb
“Eurovision-2009” mahnı müsabiqəsinin birinci yarımfinalına bir neçə saat qalmış sui-qəsd cəhdinin qarşısı alınıb. Rusiya mətbuatına istinadən xəbərinə görə, sui-qəsd hazırlığının qarşısını FTX alıb.
“Olimpiyskiy” İdman Kompleksində FTX kimliyi məlum olmayan insanlar tərəfindən kompleksə yerləşdirilmiş polietilen maddə yüklü bir qutu və 9 millimetrlik 6 güllə tapıb.
Hadisə yerinə gələn təhqiqat qrupu araşdırma apararkən bəlli olub ki, müsabiqədə iştirak edən müğənnilərdən birinə sui-qəsd planlaşdırılırmış.
Lalə Yusifqızı