STATISIKA |
saytda olanlar 4 qonaq 4 istifadeci 0 |
|
ANA SEYFE » 2009 » IYUN » 6 » Öyrəndim ki....
Öyrəndim ki.... | 00:55 |
Öyrəndim həyatın bir çox acı həqiqətlərini.Öyrəndim bəzən sevinc,bəzən kədərini.Öyrəndim sevə-sevə unutmağı.Öyrəndim üzülən qəlbimi ovutmağı.
Davamı xəbərin ardında...
Öyrəndim ki Kimsəni sizi sevməyə məcbur edə bilməzsiniz. Özünüzü seviləcək insan edə bilərsiniz. Gerisini qarşı tərəfə buraxarsınız.
Öyrəndim ki Etibarı qazanmaq illər tələb edir. Yıxmaq bir dəqiqə..
Öyrəndim ki Həyatında nələrə sahib olduğun deyil,kiminlə olduğun əhəmiyyətli.
Öyrəndim ki Sevimlilik edərək 15 dəqiqə qazanmaq mümkündür. Amma sonrası üçün bir şey bilmək gərəkdir.
Öyrəndim ki Özünü ən yaxşılarla müqayisə etmək deyil,özünü ən yaxşınla müqayisə etmək nəticə verər.
Öyrəndim ki İnsanların başına nə gəldiyi değil,o vəziyyətdə nə etdikləri əhəmiyyətlidir.
Öyrəndim ki Olmaq istədiyin kimi insan olmaq üçün çox çalışmaq lazımdır.
Öyrəndim ki Qarşılıq vermek,düşünməkdən çox daha sadədir.
Öyrəndim ki Bütün sevdiklərinlə yaxşı ayrılmağın gərəkdir. Hansı son görüşmə olacaq bilməyirsən.
Öyrəndim ki Sən reaksiyalarını idarə edə bilməzsən,reaksiyaların həyatına nəzarət edər.
Öyrəndim ki Qəhrəman dediyimiz insanlar bir şey edilməsi vacib olan anda lazım olanı şərtlər nə olursa olsun edənlərdir.
Öyrəndim ki Bəzi insanlar sizi çox sevir, amma bunu necə göstərəcəyini bilməyir.
Öyrəndim ki Nə qədər dəyər verib və qayğı göstərsəniz də bəziləri heç qarşılıq vermir.
Öyrəndim ki Pul ucuz müvəffəqiyyətdir.
Öyrəndim ki Düşdüyün anda səni təpikləyəcəyini düşündüklərindən bəziləri qaldırmaq üçün əlini uzadar.
Öyrəndim ki Hər şərtdə özüylə dürüst qalanlar daha uzun yol gedir..
Öyrəndim ki Səni geyiminə görə dəyərləndirən düşmən,ürəyinə görə qiymət verən dostdur
Öyrəndim həyatın bir çox acı həqiqətlərini.Öyrəndim bəzən sevinc,bəzən kədərini.Öyrəndim sevə-sevə unutmağı.Öyrəndim üzülən qəlbimi ovutmağı
|
KATIQORIYA: Maraqlı və məsləhətli |
BAXILIB: 560 |
ELAVE ETMEK: 2ral
| REYTINQ: 0.0/0 |
|
|
|
|