Her kəs elinde bir bayraq Vetenpərvərəm deyə qışqırır. Vetenperverlik sözle deyilib bitmir. Millet teqvimde qara reqemi görüb desmal alıb eline ağlayır. Göz yaşlarla vetenperverlik qazanılmır. Qara torpaq altında yatan şehidin qanı göz yaşı ile yuyulmur. Saxta simalar bir birlerini aldadır, adı da vetenperverdir deyir. Bir birinin ayağını qazan millet bu gün vetenperverlikden den vurur. Ser sefil bunca insan bu gün hazırdı sabaha qan ağlasın. Saxta göz yaşlarını düşünmeden töksün. Çıxıbda qarşıma saxta sulu gözlerle torpaqdan sülhden müharibeden danışmayın yalandan. Vetenperverlik bu suala «Vetenperversen?» «He» ve ya «Yox» cavab vermekse,… Xeyr deyilem!!!
Artiq 40 gün keçir o qanlı hadisədən.. 2009-cu il 30 aprel Bakımızın neçə min illik yaşında ən uzun, ən müdhiş, ən faciəli gecə idi.Xaıqımız neçe igid övladını itirdi. Neçə igidimiz həlak oldu o dəhşətli gündə.
Həmən gün o ağrı acıya dözmıyib hər zaman sakit soyuq olan divarlar da danışdı...
Həyatını itirmış şəhidlik zirvəsinə ucalan tələbələrimiz.
Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon) 2. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri) 3. Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti) 4. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi) 5. Abdullayev ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon) 6. Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon) 7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri) 8. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri) 9. Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu) 10. Bağırov Ayaz Cahangir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu) 11. Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi) 12. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)
Xeyli sayda insan isə yaralanmışdır.
Qeyd edək ki, aprelin 30-u saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib.
Mən dünyasını dəyişən tələbələrimiz haqqında yazdıqlarıma bədbin notla nöqtə qoya bilmirəm. Bu mənim özümdən asılı deyil. Sadəcə, ona görə ki, bu mənasız ölüm deyildir. Bu, əsl qəhrəmanlıqdır və bir müdrik ifadədə deyildiyi kimi, heç kim anadan qəhrəman doğulmur, onları zaman və şərait yetişdirir. Onlar ölməyib yaşayır və yaçayacaq.Hər bir Azərbaycan övladının qəlbində...