Nokia, N97 ilə qəşəngliyi, istifadəçi interfeysi və olduqca geniş bir təchizatı kiçik bir cihaza sığdırmağı bacarıb. Bu da N97-ni hələ çıxar çıxmaz siyahıların zirvəsinə qaldırır.
Amma belə bir super telefon belə səhvsiz ola bilmir. Kimi istifadəçilər kameradan şikayət edərkən, kimiləri də ilişən kompasa əsəbləşir.
Mən də sizin üçün Nokia N97-nin aktual səhvlərini kiçik bir qalereyada yığdım. Gəlin birlikdə araşdıraq.
İlişən kompas.Nokia N97-nin kompasında bir neçə kiçik problem var kimi görünür. Məsələn bəzi istifadəçilər Nokia Mapsı açdıqdan sonra hər dəfə kompaslarını yenidən kalibr etmələri lazım olduğunu söyləyirlər.
Məhdud copy/paste. N97 nəzəri olaraq copy/paste funksiyasını dəstəkləyir. Praktikada isə bu yalnız qeyd dəftəri və xəbər tətbiqi üçün etibarlıdır. Yəni veb skanerində bu funksiyanı istifadə edə bilmirsiniz.
![N97-ni utandıran 5 səhv. N97-ni utandıran 5 səhv.](http://foto.coy.az/images/untitlmpm.jpg)
İ
şləməyən düymə kilidi.Nokia N97-nin düymə kilidi qapaq mexanizmi açıldığında avtomatik olaraq qalxır. Ya da heç olmasa elə olması lazımdır. Amma internetdəki istifadəçilərdən bəziləri düymə kilidinin açılması üçün bəzən telefonun qapağını iki dəfə açıb bağlamaları lazım olduğunu söyləyirlər.
Çətin yazılan ədədlər.N97-nin gözəl "QWERTY" klaviaturasında rəqəmlər təəssüf ki, yoxdur. Əslində E71 və ya E75-də də yoxdur. Amma burada ədəd yazmaq problem deyil. Çünki düymələrə uzun basaraq rəqəmlərə çata bilirsiniz. N97-də isə digər bir barmağınızla üst xarakter düyməsini istifadə etməniz lazımdır.
![N97-ni utandıran 5 səhv. N97-ni utandıran 5 səhv.](http://foto.coy.az/images/untitloso.jpg)
Əskik fotoşəkil çəkir.Nokia N97-nin ən böyük səhvi isə fotoşəkil kamerasındadır. Cihaz bəzən fotoşəklin bir hissəsini boz olaraq verir. İnternetdə bir çox istifadəçinin dərd etdiyi bu şikayət hələlik N97-nin problemlərinin ən vacibidir.