НАДПИСЬНАДПИСЬНАДПИСЬНАДПИСЬНАДПИСЬНАДПИСЬНАДПИСЬНАДПИСЬ
CUME, 19.04.2024
www.2ral.ucoz.com
MENU
KATIQORIALLAR
Xeberler [46]
Idman [12]
Show-biznes [13]
Dini [7]
Maraqlı və məsləhətli [17]
Məşhurlar [4]
AvtoDünya [1]
SUAL
GENC AKTYORLARI BEYENIRSIZ?
Всего ответов: 62
STATISIKA

saytda olanlar 1
qonaq 1
istifadeci 0
Reklam
ANA SEYFE » 2009 » AVGUST » 27 » Orucdakı gözəlliklər
Orucdakı gözəlliklər
13:58
Orucdakı gözəlliklər  
Oruc nəfsin tərbiyəçisidir...

Oruc bədənin idmanıdır...

Oruc ruhun qidasıdır...

Oruc bəşərin gözəl hədiyyəsidir...

Orucun xeyirləri...

Orucdakı gözəlliklər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Orucdakı gözəlliklər


Alimlər söyləmişlər ki, oruc və aclıqda on gözəl xislət vardır:

1. Aclıqda göz səfası, könlün haqqı görməyi, göz kəskinliyi vardır. Toxluq isə tənbəllik və səfehlik verir, bəsirəti kor edir. Damağda buxarı çoxaldır, bu səbəblə qəlbdə ağırlıq olur.

2. Aclıqda riqqəti-qəlb olur. Qəlb safası da insanı münacatın ləzzətini dərk etməyə hazırlayır, Zikrinin və sair ibadətlərinin təsirini görür.

3. Qəlbdən şıltaqlıq gedir. Lüzumsuz fərəh və tüğyanın bağlanğıcı olan, eyni zamanda böyük məhrumiyyətlərin səbəbi olan iftixar duyğusu gedir. Nəfs aclıqla qırıldığı kimi daha heç bir şeylə qırılmır.

4. İnsan ac olarkən bəlaları unutmaz, zərərlərə və fəlakətlərə düçar olanları unutmaz. Tox acları unudar, ac olanlar isə aclığı və bəlaları, kasıbları və zəifləri unutmaz.

5. Aclıq lüzumsuz arzuları qırar, davamlı olaraq pisliyi əmr edən nəfsə (nəfsi-əmmarəyə) qalib gələr.

6. Aclıq yuxunu dəf edər. Çox yeyən çox içər, çox içən isə çox yatar, çox yatanın isə qəfləti artar. Kimin qəfləti artarsa fəlakətə uğrayar.

7. Aclıqda ibadətə davam asanlaşar. Toxluqda isə ibadət çətinləşər, ibadətə davam isə daha da çətinləşər.

8. Aclıqla bədənlər və üzvlər sağlam olar, xəstəliklər dəf olar. Çünki, ümumiyyətlə xəstəliklərin səbəbi çox yemək, çox içmək, çox yatmaq, qan artıqlığıdır. Xəstəlik ibadətlərə mane olur, ibadət şövqünü qırır.

9. Daha asan bir həyat yaşayar, sıxıntısı olmaz. Az yeməyə öyrəşən az mala qənaət edər.

10. Aclıqda insana sədəqə könül rahatlığı ilə verilir, yeməkdən yetimlərə, kimsəsizlərə paylanar, qiyamətdə də sədəqəsinin altında kölgələnər.



Təqva üçün oruc:

Allahu Təala “Orucun fərziyyəti sizin yaxşılığınız üçündür” buyurmuşdur. Çünki, orucun insanın qüvveyi-şəhvaniyyəsini qırdığı kimi nəfsin arzularını qıraraq bütün günahdan, üsyandan xilas edən təqvaya səbəb olduğunu bəyan buyurmuşdur. Çünki insanın dünya əməli iki şeyə həvəslidir: Biri yeyib-içmək arzusudur. Digəri də qüvveyi-şəhvaniyyədir. Bu iki arzu da ancaq oruc ilə məhv edilir.


Muhamməd bin əl-Haris (r.a) deyər ki: Beş zümrədən beş şeyi soruşdum, hamısı eyni cavabı verdi:

1. Təbiblərə dəvaların ən şəfalısını sual etdim: “Aclıqdır və az yeməkdir.” dedilər.

2. Hikmət əhlinə: “Allaha ibadətdə ən çox kömək edən nədir?” deyə sual etdim. "Aclıqdır və az yeməkdir.” dedilər.

3. Zahidlərə, "Zühdə ən çox qüvvət verən nədir?" deyə sual etdim. "Aclıqdır və az yeməkdir" dedilər.

4. Alimlərə, "Elm hifzində ən çox köməkçi şey nədir?" deyə sual etdim, "Aclıqdır və az yeməkdir" dedilər.

5. Sultanlara, "Hər vaxt diqqətli olmağın çarəsi və ən gözəl, ən ləzzətli təam nədir?" deyə sual verdim, "Aclıqdır və az yeməkdir" dediler
 
KATIQORIYA: Dini | BAXILIB: 693 | ELAVE ETMEK: 2ral | REYTINQ: 0.0/0 |
KOMENTARIYALAR: 0
Имя *:
Email *:
Код *:
GIRISH FORMASI
AXTAR
KALENDAR
«  AVGUST 2009  »
B.EC.ACC.ACSB
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
YAZI ARXIVI
DOST SAYTLAR
  • www.bigtac.tk
  • www.tac.ucoz.net
  • mix.az
  • 28mekteb.biz
  • pir-pir.tk

  • Flash Clocks Gallery
    Ramil Aliyev
    Copyright MyCorp © 2024