НАДПИСЬНАДПИСЬНАДПИСЬНАДПИСЬНАДПИСЬНАДПИСЬНАДПИСЬНАДПИСЬ
CUME AXSHAMI, 28.03.2024
www.2ral.ucoz.com
MENU
KATIQORIALLAR
Xeberler [46]
Idman [12]
Show-biznes [13]
Dini [7]
Maraqlı və məsləhətli [17]
Məşhurlar [4]
AvtoDünya [1]
SUAL
GENC AKTYORLARI BEYENIRSIZ?
Всего ответов: 62
STATISIKA

saytda olanlar 1
qonaq 1
istifadeci 0
Reklam
ANA SEYFE » 2009 » DEKABR » 1 » "Ana Uşağı" kimə deyərlər?
"Ana Uşağı" kimə deyərlər?
00:05

"Ana Uşağı" kimə deyərlər?                  
                     El arasında "Ana Uşağı" deyilən bir söz var...

                    Bu söz adətən kişilərə aid edilir...

                   Gəlin görək bu söz nə cür kişilərə aid edilir...
 
                
                     
 
 
 
 
 
 
 
 
 
Onun 30 yaşına az qalıb: amma dilindən «anam» sözü düşmür. Az qala hər addımında anasının ağzını güdür: qızla tanış olanda, evlənmək istəyəndə, hansısa işə daxil olanda, kiminləsə dost olanda, özünə geyim alanda və s.

Anaya məhəbbət ali hissdir. Amma anadan asılı və ana ətəyindən düşməyən kişi olmaq heç də arzulanan deyil. Ana uşağı kişilər öz catışmayan cəhətlərini görmürlər. Bu tip kişiləri hec də hər qadın asanlıqla həzm etmir. «Ana uşağı kişi» sindromu əlacı olmayan «xəstəlikdir». Əgər oğlan uşağı körpəlikdən anadan asılı böyüyürsə, onun yaşlandıqca və təcrübəsi artdıqca müstəqil fikirli kişi kimi formalaşması cox cətin məsələdir.


Kimlər ana uşağı kişiyə çevrilir?

* Adətən, ana uşağı oğlanlar tam olmayan, yarımcıq ailələrdən çıxır; yəni ailədə ata yoxdur, ana övladlarını tək böyüdür;
* Qadın və qızların cox olduğu ailələrdə böyüyən oğlan uşaqları;
* Evin kişisinin arvad sözünə qulaq asdığı ailələrdə «ana uşaqları» böyüyür; yəni evdə söz demək hüququ qadındadır, uşaqların tərbiyəsi ilə də ancaq o, məşğul olur;
* Ərindən soyuqluq görən qadın mehrini oğluna salır, sevgisini, məhəbbətini ancaq ona sərf edir.

«Ana uşağı» kişilərin əlamətləri:

* O, hec də eynəkli, əli kitablı, ağ köynəkli, toppuş, əlləri qız əli kimi incə oğlanlara bənzəmir. Ana uşağı kişilər xarici görünüşcə kobud, qamətli və cəlbedici də ola bilərlər. Problem onların görünüşündə yox, psixologiyasındadır.
* Ən cox rast gəlinən xüsusiyyətləri:
* Təmiz, səliqəli görünür;
* Yaxşı yeməkləri və cox yatmağı sevir, restoran yeməklərini bəyənmir;
* Eqoist və özünü sevən olur;
* Ev işləri ilə maraqlanır;
* Harda olsalar da evə tez qayıdırlar;
* Qadınlarla söhbətləri yaxşı tutur;
* Saclarını daramağı və güzgüyə baxmağı xoşlayır;
* Atasından çox anasından danışır;
* Qadınlarda anasına bənzərlik axtarıb tapmağa calışır;
* Sevdiyi qızı anası ilə tanış etməkdən qorxur;
* Görüşdüyü qızla evdə telefonla danışmır;

Günah analardadır:

Ana uşağı kişiləri dünyaya bəxş edən anaları tanımaq elə də cətin deyil: O, ərindən boşanıb və ya duldur. Və ya ərindən istədiyi qayğını, məhəbbəti görmür. Hökmlüdür, tələbkardır. Günün 12 saatını iş başındadır. Evin bazarlığı onun üzərindədir. Vaxt azlığından ev işlərini görməkdə ona oğlu yardım edir. İllər keçsə də oğlu onun gözündə elə əvvəlki əmzik yeyən uşaqdır. Onun bir qorxusu var: kimsə yad qızı onun oğlunu əlindən alar. Ona görə də bu qadınlar artıq yekə kişi olmuş oğlanlarının ardınca gəzməkdən və onun həyatına müdaxilə etməkdən yorulmurlar.
KATIQORIYA: Xeberler | BAXILIB: 1016 | ELAVE ETMEK: 2ral | REYTINQ: 0.0/0 |
KOMENTARIYALAR: 1
1 Kenan  
0
ela..Emeye Hörmet

Имя *:
Email *:
Код *:
GIRISH FORMASI
AXTAR
KALENDAR
«  DEKABR 2009  »
B.EC.ACC.ACSB
 123456
78910111213
14151617181920
21222324252627
28293031
YAZI ARXIVI
DOST SAYTLAR
  • www.bigtac.tk
  • www.tac.ucoz.net
  • mix.az
  • 28mekteb.biz
  • pir-pir.tk

  • Flash Clocks Gallery
    Ramil Aliyev
    Copyright MyCorp © 2024