Fransanın "France Football" nəşrinin keçirdiyi "Qızıl top" sorğusu yekunlaşıb. Sorğuda hamıdan çox səs toplayan "Barselona"nın və Argentina milli komandasının üzvü Lionel Messi "Qızıl top" mükafatına sahib çıxıb...
Fransanın "France Football" nəşrinin keçirdiyi "Qızıl top" sorğusu yekunlaşıb. Sorğuda hamıdan çox səs toplayan "Barselona"nın və Argentina milli komandasının üzvü Lionel Messi "Qızıl top" mükafatına sahib çıxıb. Bununla da 22 yaşlı ulduz futbolçu 2009-cu ildə Avropanın ən yaxşı futbolçusu seçilib. Messi bu ada layiq görülən yeganə Argentinalı futbolçu kimi də tarixə düşüb. Messi rəqiblərini böyük fərqlə üstələyib. Belə ki, o, 480 mümkün baldan 473-ünü toplayıb. Argentinalını "Real"ın və Portuqaliya yığmasının üzvü Kriştianu Ronaldo izləyib. Portuqaliyalı 233 bal toplayıb. Üçüncü yerdəki "Barselona"nın üzvü Xavi Ernandes 170 balla kifayətlənib. Andreas İnyesta isə 149 bal toplayıb. Qeyd edək ki, 2008-ci ildə həm "Qızıl top", həm "Brilyant top"u Kriştianu Ronaldo qazanmışdı.