Dünyanın ən böyük kruiz gəmisi - Oasis of the Seas
Ardında 24 şəkil və ətraflı məlumat var...
"Oasis of the Seas" - bu üzən şəhərdir. Gəminin uzunluğu 360 metrdir. Su üzərindəki hündürlüyü isə 72 metrdir. Orta sürəti 42km/s. Laynerin 2165 ekipaj üzvü var. Sərnişinlərin normal sayı 5400 nəfərdir. Lazım gəldikdə isə layner ekipaj üzvləri nəzərə alınmadan 6300 sərnişin qəbul edə bilər.
Gəmi 2 ilə tikilib. Gəmini amerikan kruiz şirkəti olan "Roya Caribbean İnternational" sifariş edib. Gəmi 1,4 milyard dollara başa gəlib!
Layner müxtəlif istirahət zonalarından ibarətdir. Buranın öz "Mərkəzi Park"ı var ki, burada da 56 canlı ağac və 12min müxtəlif bitki var.
Bundan başqa gəmidə müxtəlif ölkələrin mətbəxlərini təmsil edən restoranlar, maqazinlər, tatuaj salonları, barlar, elmi araşdırmalar üçün laboratoriya, böyük kompyuter zalı, basseynlər, hətta çimərlik fəaliyyət göstərir.